Yerevanda azğın general Manvel Qriqoryanın həbsini TƏLƏB ETDİLƏR

Yerevanda azğın general Manvel Qriqoryanın həbsini TƏLƏB ETDİLƏR
Ermənsitanda Qarabağ müharibəsi veteranlarından ibarət olan "Yerkrapa” yarımhərbi təşkilatın rəhbəri,  Azərbaycan ərazilərinin işğalına başçılıq etmiş və Qarabağda soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlər törədərək "Artsax qəhrəmanı” adı almış general Manvel Qriqoryanın həbsini tələb edən insanlar etiraz aksiyasl keçiriblər.

Etirazçılar  baş nazir Nikol Paşinyanla görüşmək istədiklərini bəyan ediblər. Bu barədə mitinq təşkilatçılarından biri olan Civan Abrahamyan jurnalistlərə bildirib.

"Nikol Paşinyandan başqa biz heç bir hakimiyyət nümayəndəsi ilə görüşmək istəmirik. Cənab Paşinyan, üç gün ərzində qrupumuzun sizinlə görüşünə şərait yaradın. Bizim sizə söyləyəcəyimiz şeylər var!”, deyən  Civan Abrahamyan əhalini itaətsizlik hərəkətlərinə başlamağa çağırıb. 

Xatırladaq ki, Ermənistanı 20 il idarə etmiş Qarabağ klanının əsas dayaqlarından biri olan Manvel Qriqoryan 2018-ci ilin dekabrında həbsdən azadlığa buraxılıb. General Manvel Qriqoryan külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunurdu. 

Manvel Qriqoryan azərbaycanlılara qarşı nifrəti ilə seçilir. O, 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri kimi aktiv iştirak edib

M.Qriqoryan mətbuata müsahibələrinin birində Qarabağ müharibəsində əsir və girov götürdükləri yüzlərlə azərbaycanlıdan bir neçəsini  dörd il evində qul kimi saxladığını etiraf etmişdi...Modern

OXŞAR XƏBƏRLƏR