Yerevanda atışma: Millinin qapıçısı öldürüldü
09:05 / 17.04.2019
3841
Dünən axşam saatlarında Yerevanın mərkəzində, Lepseus küçəsində atışma olub.
News.am saytı xəbər verir ki, ağır güllə yarası almış 3 nəfər - 23 yaşlı Muşeq Qevondyan, 26 yaşlı Robert Manukyan və 26 yaşlı Andranik Qalstyan xəstəxanaya gətiriliblər.
Qevondyan aldığı yaralardan həyatını itirib. Ölən şəxsin "Ararat -2” futbol komandasının və Ermənistan millisinin 19 yaşlılardan ibarət komandasının qapıçısı olduğu bildirilib.
Güllələnən üç nəfərin BMW markalı avtomobildə olduğu və maşının güllə yağışına tutulduğu qeyd edilir.
Yaralanmış digər iki nəfərin əməliyyat olunduğu bildirilib.