Yerevan və Xankəndi şokda: Sarkisyan köməyə rus ordusunu çağırmaq istəyir...

Yerevan və Xankəndi şokda:  Sarkisyan köməyə rus ordusunu çağırmaq istəyir...
Azərbaycan ordusunun Dağlıq Qarabağdakı işğalçı erməni birləşmələrinə dünən gecə endirdiyi cavab zərbələri Ermənistanda və Xankəndində şok effekti yaradıb.

Bu gün səhər keçirilən dövlət komissiyasının iclasında S. Sərkisyan çıxşının bir hissəsini bu hərbi insidentə sərf edib.

Zərbənin təsirindən bütün reallıq hissini itirən Sərkisyan bəyan edib ki, “bu hadisədə əli olanların tapılması, izlənməsi üçün hər şey edəcək”.

Çıxışından vəcdə gələn Sərkisyan daha sonra bəyan edib ki, “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir”. Qəribədir ki, ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesində Yerevan cani-dildən subut etmək istəyir ki, Dağlıq Qarabağ probleminin ona dəxli yoxdur və o sadəcə “yerli erməni xalqının maraqlarını müdaifə edir”. Azərbaycan ordusunun dünənki zərbəsi Sərkisyanı bu oyunda əsl oyunçunun kim olduğunu bir daha açmağa vadar edib.

Ermənistan prezidenti daha da uzağa gedərək bu münaqişəni onların xeyrinə həlli edəcək üçüncü tərəfin müdaxilə imkanlarına da toxunub.  “Ermənistan planetin ən çox hərbiləşdirlimiş ərazisidir”,- deyən Sərkisyan bununla da öz ərazisində mövcud olan Rusiyanın 102-ci hərbi bazasına işarə edib.  

Qeyd edək ki, dünən baş vermiş hadisə ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları cinayət işi açıb. Xankəndində isə “şəhər günü” ilə bağlı keçirləcək bayram tədbirləri ləğv edilib.

Qeyd edək ki, separatçıalrın hərbi qurumu sentyabrın 25-də Qarabağın şimalında raket-artilleriya zərbələri nəticəsində 4 erməni hərbcisi öldürüldüyünü, 16 nəfərin yaralandığını açıqlayıb. Zərbə  TR 107 sistemindən saat  17:30-da  endirilib.  

Azərbaycan Müdafiə Nazirliyi 26 sentyabr tarixli məlumatında erməni tərəfdən açılan raket-minaatan atəşi nəticəsində əsgər Elşən Məmmədovun həlak olduğunu bildirib. Üç hərbçi yüngül yaralanıb.

Cavab tədbirləri nəticəsində düşmənin mövqelərinə adekvat zərbələr endirilib və erməni tərəfi dörd əsgər itirib, 16 nəfər yaralanıb.

Azərbaycanın müdafiə qurumu vəziyyətin gərginləşməsinə görə məsuliyyəti erməni tərəfinin üzərinə olduğunu bəyan edib./strateq.az/
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...