Yenilik iyulun 1-dək pensiyaya çıxanlara şamil olunmayacaq - Nazir - VİDEO

Yenilik iyulun 1-dək pensiyaya çıxanlara şamil olunmayacaq - Nazir - VİDEO

Azərbaycanda işsizlərə müavinətin verilməsi üçün hazırlanan qanun layihəsi mayın 22-də Milli Məclisin plenar iclasında səsverməyə çıxarılacaq. Xezerxeber.az məlumat verir ki, bunu jurnlistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

 

Onun sözlərinə görə, işsizlərə müavinətlərin verilməsi üçün siğorta fondu ayrıca, öz vəsaitlərinə malik sistem halında fəaliyyət göstərəcək.

 

Nazir yeni əmək pensiyası qanunvericiliyi ilə bağlı da danışıb və deyib ki, yenilik iyulun 1-dək pensiyaya çıxanlara şamil olunmayacaq.

 

Nazir "ASAN imza"ların alınmasında da heç bir problemin olmadığını və növbəti rübdən etibarən sosial ödənişlər üzrə hesabatların yalnız "ASAN imza” ilə həyata keçiriləcəyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



OXŞAR XƏBƏRLƏR