Yenicag.Ru saytı fəaliyyətə başladı

Yenicag.Ru saytı fəaliyyətə başladı

"Yeniçağ Azərbaycan”ın tərkibində rus dilində fəaliyyət göstərəcək yeni sayt yayıma başlayır.

Yenicag.Ru domeni ilə fəaliyyət göstərəcək olan informasiya saytı rus dilinin əhatə etdiyi geniş oxucu auditoriyasını ən son, aktual və ətraflı materiallarla təmin etməyi hədəfləyir.

Yenicag.Ru saytı planetimizin hər bir guşəsində baş verən hadisələri, onların xülasəsini, informasiya və analiz şəkilində rusdilli auditoriyaya operativ şəkildə çatdıracaq. Avropa, Asiya, Türk dünyası, Yaxın Şərq və dünyanın digər bölgələrində baş verən maraqlı hadisələr haqqında öz oxucularına əhatəli məlumat verəcək. Bundan əlavə saytda zəngin elektron kitabxana bölməsi də mütaliə sevən oxucuların xidmətində olacaq.

Yenicag.Ru saytı bundan başqa Yaxın və Orta Şərq regionunda gedən hərbi-siyasi proseslərin düzgün işıqlandırılması, erməni diasporasının nəzarətində olan kifayət qədər tirajlı və populyar elektron KİV-lərin anti-Azərbaycan və anti-Türkiyə təbliğatına qarşı da bir lokomotiv rolunu oynayacaq.

Sayt Türk-İslam coğrafiyasında baş verənlərin düzgün işıqlandırılması, Türk-İslam dünyasına qarşı Qərbin imperialist qüvvələrinin apardığı amansız psixoloji-informasiya müharibəsinin qarşısının alınması üçün də mükəmməl konsepsiyaya malik bir informasiya resursu olacaqdır.

Qeyd edək ki, Yenicag.ru lahiyəsinin rəhbəri Aqil Ələsgər, redaktoru Qafqaz Ömərovdur. 

 



OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...