Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al

Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al

 

 

Yeni Zelandiya hökuməti əhalidən qadağan olumuş yarımavtomat silahların yığılması məqsədilə onların satın alınmasına 136 milyon dollara yaxın pul xərcləyəcək.

Bu barədə "New Zealand Herald” yerli Daxili İşlər və Maliyyə nazirlərinin birgə bəyanatına istinadən məlumat yayıb.

Kraystçörç şəhərində məscidlərdə törədilmiş terror aktından (50 nəfər həyatını itirmişdi - red.) sonra Yeni Zelandiyanın Baş naziri Casinda Ardern ölkə ərazisində yarımavtomat silahların və döyüş tüfənglərinin saxlanılması və istifadəsinə qadağa qoyulduğunu elan etmişdi. Aprel ayında Yeni Zelandiya parlamenti bu barədə müvafiq qanun qəbul edib.

Məlumata görə, Yeni Zelandiya büdcəsindən belə silahların əhalidən satın alınması üçün 190 milyon Yeni Zelandiya dolları (təxminən 124,7 milyon ABŞ dolları), silahların toplanma sxeminin hazırlanmasına isə əlavə 18 milyon Yeni Zelandiya dolları (təxminən 11,8 milyon ABŞ dolları) ayrılacaq.

Oxu.az


OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...