Yeni yaradılan qurum hansı işləri görəcək?

Yeni yaradılan qurum hansı işləri görəcək?
 

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” iyulun 4-də imzaladığı fərman ölkədə əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün qabaqcıl dünya təcrübəsi əsasında təkmil monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılmasına imkan verir.

 

Bu barədə ƏƏSMN-dən məlumat verilib.

 

Bildirilib ki, fərmana əsasən, nazirliyin tabeliyində əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, publik hüquqi şəxs statuslu "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” yaradılacaq.

 

Sənəddə Observatoriyanın iki ay müddətində yaradılması tapşırılıb: "Ölkəmizdə əmək bazarında mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının həm kəmiyyət, həm də keyfiyyət parametrləri nəzərə alınaraq mükəmməl proqnozlaşdırma sisteminin yaradılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda, digər bir sıra dövlət sənədlərində də bu istiqamət əksini tapır. Ölkəmizdə belə bir sistemin qurulması üçün ötən dövrdə bir çox inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib, aparıcı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müzakirələr aparılıb, həmçinin Avropa Təhsil Fondu ilə davamlı əməkdaşlıq həyata keçirilib”.

 

Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanı bu istiqamətdə mühüm addımın atılmasına şərait yaradır: "Fərmanla yaradılacaq Observatoriya əmək bazarına dair zəruri məlumatların toplanması və təhlillərin daha şəffaf və keyfiyyətli həyata keçirilməsi yolu ilə əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsini həyata keçirəcək. Həmçinin strateji məşğulluq sahələrinin müəyyən edilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi, kadr tələbatının proqnozlaşdırılması sahələrində Observatoriya mühüm rol oynayacaq. Bu sahədə işlər həmçinin, "Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına öz töhfəsini verəcək.

 

Eyni zamanda, Observatoriya sosial müdafiə sahəsini də əhatə edəcək. Bu sahədə geniş təhlil və araşdırmaların aparılması, dəqiq proqnozlaşdırmaların həyata keçirilməsi işlərini yerinə yetirəcək, bununla sosial müdafiə sistemində idarəetmənin təkmil əsaslarda qurulması yönündə aparılan islahatların effektli təşkilinə institusional əsaslarda öz dəstəyini göstərəcək.

 

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatların həyata keçirilməsində, əmək bazarı və sosial müdafiə proqramlarının səmərəli və məqsədyönlü təşkilində öz önəmli rolunu oynayacaq".


OXŞAR XƏBƏRLƏR

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miq...

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir.  Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbə...

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir. &nbs...