Yeni virus cinsi əlaqə yolu ilə yayılır

Yeni virus cinsi əlaqə yolu ilə yayılır

Dünyada sürətlə yayılmaqda olan “Zika” virusunun insandan insana keçməsi halı Texas ştatında qeydə alınıb.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə yerli 5nbcdfw telekanalı məlumat yayıb.

İndiyə qədər virusun Aedes ağcaqanadının vasitəsilə ötürüldüyü, heç bir hava və ya digər yolla yayılmadığı hesab edilirdi.

5nbcdfw-ın məlumatına görə, Zika virusunun insandan insana keçməsi halı Texas ştatında Dallas vilayətində qeydə alınıb. Pasient cinsi əlaqə zamanı xəstəliyə yoluxub, bu barədə dairə səhiyyə və sosial müdafiə xidməti məlumat yayıb. Virusa yoluxduran şəxs bu yaxınlarda Venesueladan qayıdıb.  

Zika virusunun meydana gəlməsini alimlər ilk dəfə XX əsrin 50-ci illərində Afrikada qeydə alıblar. 2014-cü ildə miqyaslı epidemiya Latın Amerikasında başlayıb.

Daha öncə tibb işçiləri virusun insandan insana cinsi əlaqə yolu ilə yalnız bir keçmə halını qeydə almışdılar. Amma panamerikan təşkilatı Zika virusunun ötürülməsinin təsdiqi üçün daha əsaslı sübutların lazım olduğunu bildirmişdi, Reuters məluamt yayıb.

Tibbi ədəbiyyatda virusun spermada aşkar edildiyi yalnız bir hal təsvir edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ilin yanvar ayında dərc edilmiş Xüsusi informasiya bülletenində virusun insandan insana ötürülməsindən danışılmır. Zika virusu Aedes növlü, əsasən də tropik regionlarda yaşayan Aedes aegypti ağcaqanadları vasitəsilə yayılır. Bu ağcaqanadlar denge, çikunqunyi və sarı sətəlcəminin yayıcılarıdır”, - bülletendə deyilir.

Virusa yoluxan insanda temperatur qalxır, bədənində xırda səpgilər əmələ gəlir, baş ağrıları, konyunktivit meydana gəlir. Hazırda Zika virusunun müalicəsi üçün dərman mövcud deyil.


OXŞAR XƏBƏRLƏR

Türkiyə HƏMAS-la danışıqlar APARACAQ

Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır və bu məqsədlə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək. &nbs...

Şüvəlanda yol qəzası - xəsarət alanlar var

  Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şüvəlan qəsəb...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...