Yeni tikilən binalarda mənzillər bahalaşa bilər -VIDEO

Yeni tikilən binalarda mənzillər bahalaşa bilər -VIDEO
Əsas səbəb tikinti şirkətlərinin öncə 12-14 faizlə 3-10 il arası kreditlə satdığı mənzillərin indi 4-8 faizlə 20 ilədək satılmasıdır
 

Gələn ildən yeni tikililərdə mənzillər bahalaşa bilər.

Xezerxeber.az məlumat verir ki, ekspert Nüsrət İbrahimov ötən illərin təcrübəsinə əsasən belə bir proqnozla çıxış edib.

Ekspertin fikrincə, 2017-ci ildə qiymətlərin artmasına əsas səbəb tikinti şirkətlərinin öncə 12-14 faizlə 3-10 il arası kreditlə satdığı mənzillərin indi 4-8 faizlə 20 ilədək satılmasıdır. Bundan başqa, dövlətin və kredit təşkilatlarının mənzil bazarına valyuta ayırması da bu sahəni canlandırıb.

Yeni inşa edilən binalardakı mənzillər bahalaşsa da qazla təchiz olunmayan və reyestr çıxarışı olmayanlar ucuz qiymətə satılacaq.

Bununla mütəxəssislər ev qiymətlərində ciddi qiymət sıçrayışı və ya enmələrinin olacağını düşünmürlər. Çünki əmlak bazarında hazırda vəziyyət stabilləşmə mərhələsindədir.

Sfera.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR