Yeni metro stansiyası tikiləcək

Yeni metro stansiyası tikiləcək

Yanvarda yeni metro stansiyasının tikintisinə start veriləcək. Şərti adı "Y-15” stansiyasından - neft emalı zavodunun qarşısından "Xətai” metro stansiyası istiqamətinə doğru tunelin qazıntısına başlanılacaq.
"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakının Nobel prospekti boyunca şərti adlar altında 3 yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Bunlardan biri "Ağ şəhər” ərazisində, digərləri isə neft emalı zavodunun qarşısında olacaq.
N.Paşayev qeyd edib ki, şərti adı "Y-15” olan stansiyada hazırlıq işləri görülür. Tunel-qazıntı işlərinin aparılması üçün start kameranın tikintisi tam başa çatıb. Tunelqazma maşının quraşdırılması ilə bağlı işlər tam bitmək üzrədir. İşlər qaydasında gedərsə, yanvar ayından "Y-15”, yəni neft emalı zavodunun qarşısından "Xətai” metro stansiyası istiqamətinə tunelin qazıntısına başlanılacaq. Növbəti mərhələdə isə "Y-15” stansiyasından tikilməkdə olan "Həzi Aslanov-2” stansiyasına doğru tunellərin qazıntısına başlanılacaq. Gələcəkdə "Xətai” stansiyasından "Həzi Aslanov-2” stansiyasına doğru 3 stansiya fəaliyyət göstərəcək.



OXŞAR XƏBƏRLƏR

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələ...

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.   Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat ver...

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi QURAŞDIRILDI

Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk s...

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.    Sfera.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan...

Dövlət başçısı: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.   Sfera.az xəbər...

Prezident: "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür"

COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.   Sfera.az xəbər...