Texnologİya

Yeni "iPhone"ların Azərbaycanda satış qiyməti məlum oldu - ŞOK QİYMƏTLƏR

Yeni
"Apple" şirkətinin istehsal etdiyi yeni "iPhone" modellərinin Azərbaycanda satışına başlanılıb. 

Sfera.az bildirir ki, BAKU.WS-in məlumatına görə, sentyabrın 17-də təqdim edilən yeni "iPhone Xs" və "iPhone X Max" modellərinin qiyməti də məlum olub. 

"World Telecom" mağazalar şəbəkəsinin rəsmi saytında yerləşdirilən yeni "iPhone"lar 2799 manatdan başlayır. Ən bahalı modelin (iPhone XS Max) qiyməti isə 3599 AZN-dir. 256 GB yaddaşa sahib telefon hazırda bazara çıxarılan telefonlar arasında ən yüksək funksiyalı cihazdır.

Yeni "iPhone"nun 512 GB yaddaşlı modellərinin isə qiyməti hələlik açıqlanmır. Böyük yaddaşa sahib olan telefonların qiymətinin nisbətən daha baha olacağı ehtimal edilir. 
 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031