Yeni ilin ilk terroru: İstanbulda dəhşət: 35 ölü, 40 yaralı - YENİLƏNDİ

Yeni ilin ilk terroru: İstanbulda dəhşət: 35 ölü, 40 yaralı - YENİLƏNDİ

Yeni il gecəsi terror bir daha Türkiyəni sarsıtdı. 
Sfera.az  CNN Türk-ə istinadən xəbərinə görə, qanlı terror İstanbulun Beşiktaş rayonundakı Reina gecə klubunda yerli vaxtla saat 01.15-də (Bakı vaxtı ilə saat 00.15-də) baş verib. 
Belə ki, Şaxta Baba paltarında gecə klubuna hücum edən şəxs orada Yeni İli qeyd edənlərə atəş açıb. Hadisə vaxti gecə klubunda 500-dən artıq insan olub.
İstanbul valisi Vasif Şahinin bildirdiyinə görə, "Kalaşnikov" avtomati ilə silahlanan terrorçu əvvəlcə qapıda dayanan polis əməkdaşını və girişdəki bir mülki şəxsi güllələyib. Daha sonra o, gecə klubunda əylənən insanları gülləbaran edib. İstanbul valisinin bildirdiyinə görə, hadisə nəticəsində ən azı 35 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR