Yeni ilin ilk günündən dollara tələbatın azalmasına səbəb nədir? - ŞƏRH

Yeni ilin ilk günündən dollara tələbatın azalmasına səbəb nədir? - ŞƏRH
"Cari ilin ilk günlərində Azərbaycanda dollar alqı-satqısı üzrə həcmin azalmasına neftin qiymətinin enməsi tendensiyası təsir göstərib”.
 
Sfera.az-a açıqlamasında bu sözləri 2019-cu ilin ilk iş günlərindən başlayaraq banklarda dollar alqı-satqısı həcmində azalmaların müşahidə edilməsinə münasibət bildirərkən müstəqil iqtisadçı ekspert Yaşar Əsədov deyib:
 
"Yeni il ərəfəsi Azərbaycandan xaricə turist səfərləri artıb. Xüsusən də həmin ərəfədə Azərbaycandan Gürcüstana, Türkiyəyə böyük turist axını baş verib. Həmin dövrdə dollar alqı-satqısında baş verən artım əsasən məhz bu amillə bağlı olub. İndi isə bayram başa çatıb, deməli həmin turist səfərlərinə gedənlər də geri qayıdıb. Bu fonda isə dollara tələbat da müəyyən dərəcədə azalır. Ancaq banklarda dollar alqı-satqısı həcminin azalmasına təsir göstərən başlıca amil fikrimcə, neftin qiymətilə bağlıdır. Belə ki, ölkəmizə dollar əsasən neft-qaz satışından əldə olunan vəsaitlər hesabına gəlir. Son dövrlər isə neftin qiymətində müəyyən dərəcədə ucuzlaşma var. "Qara qızıl”ın qiyməti 80 dollaradək qalxsa da, indi 50-55 dollar arasındadır, yəni qiymət düşüb. Təbii ki, bu vəziyyətdə də Azərbaycana axan dolların həcmi məhdudlaşıb”.
 
Digər iqtisadçı ekspert Natiq Cəfərli isə saytımıza açıqlamasında dollar alqı-satqısı prosesində azalmanın olmasını ilin əvvəlində ticarət dövriyyəsinin yüksək olmaması və yeni illə bağlı səfərlərin başa çatması ilə əlaqələndirdi:
 
"Yeni ildən qabaq dollar alqı-satqısında artımlar müşahidə olunurdu. Bu hal xüsusən də özünü noyabr-dekabr aylarında göstərirdi. Həmin ərəfədə yeni il ərəfəsi səfərlərin artması ilə bağlı olaraq dollara tələbat artdı. İndi isə bayram əhval-ruhiyyəsi başa çatmaq ərəfəsindədir. Ona görə də dollara tələbat da müəyyən dərəcədə səngiyib. Həmçinin, bir çox ölkələrdə hələ də yeni il bayramları davam edir. Bu fonda xarici ticarət də həmin ərəfədə müəyyən dərəcədə zəifləyir. Yəni yeni ilin ilk dövrlərində ticarət dövriyyəsi o qədər də yüksək olmur. Bunları da nəzər alsaq, dollar alqı-satqısının həcmində azalmaların olsa da, bu hal müvəqqəti xarakter daşıyır. Yeni ildən əvvəl isə dolların həcmində kifayət qədər artımlar oldu. Hətta Mərkəzi Bankın rəsmi məlumatına görə keçən ilin son iki ayı ərzində hərraclarda satış artıb ki, bu da banklarda dollara olan tələbatın artmasına işarə idi. Yeni ilin ilk günlərində baş verən azalma belədə təbii səbəblərdən qaynaqlanır. Bir müddət sonra, yanvarın sonuna doğru isə əvvəlki həcmlərin bərpa olunması mümkündür. Xarici ticarətin dinamikası onu göstərir ki, 2018-ci ildə ölkəyə idxal olunan məhsulların dinamikasında təxminən 30 faiz artım olub. Bu isə 2016-2017-ci illərlə müqayisədə alıcılıq qabiliyyətinin artması ilə əlaqədardır. Ona görə düşünürəm ki, idxalın artım tempi cari ildə də davam etsə, dollara olan tələbat ayın sonuna doğru yenidən bərpa oluna bilər. Amma indiki şərait, yəni dollara tələbatın azalması tendensiyasının müşahidə edilməsi hələ bir müddət də davam edəcək”.
 
Qeyd edək ki, yeni ilin ilk günlərindən başlayaraq, banklarda dollar alqı-satqısının həcmində əhəmiyyətli azalmalar müşahidə olunur. Hansı ki, keçən ilin son aylarında dollara tələbat müəyyən dərəcədə qalxmışdı. İndi isə göründüyü kimi, tələbat azalır.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...