AdRiver
Yeni icra başçısı daha öncə hansı sahədə işləyib? - FOTO

Yeni icra başçısı daha öncə hansı sahədə işləyib? - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Elxan Allahverdiyevin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
Sfera.az bildirir ki, Elxan Allahverdiyev Kapital Bank-ın İdarə Heyətinin sədri Elşən Allahverdiyevin qardaşıdır.

Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır. Bu məlumatı modern.az saytı yaybıb.

Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.


DİGƏR XƏBƏRLƏR


---