Yeni həmsədr Qarabağa gəldi

Yeni həmsədr Qarabağa gəldi

ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Endryu Şofer Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Report xəbər verir ki, o, separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.

Amerikalı həmsədr bölgədəki vəziyyətlə tanış olub.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın7 -də isə Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sərkisyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR