Yeni erməni təxribatları: Azərbaycan vətəndaşları diqqətli olmalıdır

Yeni erməni təxribatları: Azərbaycan vətəndaşları diqqətli olmalıdır
 
"Hamılıqla ermənilərin hansısa bir şəkildə hücumlarının qarşısını almağa Azərbaycan xalqı və dövlət olaraq hazırıq”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanın yenidən cəbhə xəttində təxribatlarını şərh edərkən deyib. Deputat bildirib ki, belə məqamlarda ilk növbədə Müdafiə Nazirliyinin rəsmi açıqlamaları hamı üçün vacib sayılmalıdır və bundan kənara kimsə çıxmamalıdır:
 
"Kimsə nəsə əlavə informasiya vermək istəyirsə, anlamalıdır ki, bu məlumatın xoş niyyətlə də olsa belə, ölkəmizə ziyanı dəyə bilər. Ona görə də hər kəs bundan çəkinməlidir. Hər hansı bir məlumat varsa, Müdafiə Nazirliyi bu məsələdə öz açıqlamasını verəcək. Düşünürəm ki, bu məsələlərdə kimsə özbaşınalığa yol verməməlidir. Bu həm də hüquqi məsuliyyət yaradır. Nə proses varsa dövlət ayaqdadır, öz  imkan və gücünü buna səfərbər edəcək. Hamılıqla ermənilərin hansısa bir şəkildə hücumlarının qarşısını almağa Azərbaycan, xalq, dövlət olaraq hazırıq. Ona görə də bu istiqamətdə özfəaliyyət qətiyyən yolverilməzdir. Ermənistan arxasında duran ölkələrin dəstəyi ilə belə addımlar ata bilər. Ona görə də bu hər zaman aktualdır”. 

Millət vəkili Fəzail Ağamalı isə qeyd edib ki, erməni faşizminə və təcavüzünə son qoyulmalıdır:

 
"Təcavüzkar ermənilər tərəfindən yenə də təxribatlar törədilərək, Tovuz istiqamətində müddətdən artıq həqiqi hərbi xidmətdə olan kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid edildi. Şəhidimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Vətən sağ olsun. Ölkə Prezidenti səviyyəsində bir neçə gün öncə Ermənistanın böyük müharibəyə hazırlaşdığı haqqında ciddi məlumatlar verildi və operativ məlumatlara söykənən bu açıqlama əlbəttə, hər birimizi dövlətimizin, Ali Baş Komandanın və ordumuzun yanında olmağa bir daha səfərbər etdi. Dəfələrlə söylədiyim kimi, bir daha demək istərdim ki, işğal olunmuş torpaqlarımızın azad olunması qəhrəman və igid əsgər və zabitlərimizin iradəsindən keçir. İşğala məruz qalan torpaqlarımızın azad olunmasında müharibə artıq qaçılmazdır. Ermənistanın təcavüzü və sistemli xarakter daşıyan təxribatlarının qarşısı heç şübhəsiz ki, ordumuz tərəfindən qətiyyətlə alınır. Uzun illərdi ki, xalqımız ordumuzdan ermənilərin bitib-tükənməyən və işğalı əbədiləşdirməyə xidmət edən təxribatlarına tamamilə son qoymaq və torpaqlarımızın azad olunması üçün genişmiqyaslı döyüş əməliyyatlarının aparılmasını gözləyir. Bu gün ordumuz və xalqımız Ali Baş Komandanın yanındadır, onunla birdir. Nəhayət, igid əsgərlərimizin və zabitlərimiz yüksək mənəvi-psixoloji hazırlığının və döyüş qabiliyyətinin, peşəkarlığının və ən müasir döyüş texnikasının verdiyi üstünlüklərdən bəhrələnərək, iki əsrdən çox himayə olunduqları dövlətlərin köməyilə tarixi torpaqlarımızı zaman-zaman işğal edən erməni faşizminə və onun təcavüzkarlığına son qoymalıdır. Bu müqəddəs missiyanın həyata keçirilməsi tarixi zərurətdir.
 
Unutmaq olmaz ki, biz şəbəkələşmiş dünya ermənilərilə üz-üzəyik. Onlar həm də informasiya məkanında döyüş aparır, maraqlarımıza zərbə vuran dezinformasiyaları ən müxtəlif formada geniş yayırlar. Bu baxımdan dəyərli jurnalistlərimiz son dərəcə diqqətli olmalı, ordumuzla, onun atdığı addımlarla bağlı ancaq və ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatına əsaslanmalıdılar”.
(qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib.  Sfera.az xəbər verir ki, belə bir iddianı &q...

Xınalığa dolu DÜŞDÜ

Aprelin 19-u saat 16:14 radələrində diametri 9-12 mm olan dolu düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri AÇIQLANDI

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil K...

Prezident Rusiyaya SƏFƏR EDƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.   Qeyd o...