Yeni doğulan körpəni zibil qutusuna atdılar
19:42 / 22.06.2019
10561
Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda zibil qutusundan yeni doğulmuş uşaq meyititapılıb.
Sfera.az xəbər verir ki, səhər təxminən saat 08:30-daaşkar edilən körpə meyiti zibil qutusuna atılan torbalardan birinin içində olub. Bələdiyyə işçiləri zibil qutularını təmizləyərkən cəsədi aşkarlayıblar.
Hadisə ilə bağlı dərhal polisə məlumat verilib və cəsəd meyitxanaya aparılıb.