Yelkəni tanımaq istəyənlər üçün “Yelkən Festivalı”-na start verilir

Yelkəni tanımaq istəyənlər üçün “Yelkən Festivalı”-na start verilir
Yelkəni tanımaq istəyənlər üçün "Yelkən Festivalı”-na start verilir.
Azərbaycan Yelkənli İdman Federasiyası və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə, Azərbaycanda İLK DƏFƏ olaraq "YELKƏN FESTİVALI” keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd gənc nəsil arasında Yelkənli idmanı tanıtmaq və inkişaf etdirməkdir. Yelkən Festivalı çərçəvəsində qonaqları əyləncəli viktorinalar, maraqlı oyunlar, musiqili proqram və hədiyyə qazanmaq şansı gözləyir. Eyni zamanda 7-14 yaşlı uşaqlar üçün "Yelkən İdmanı üzrə Yay Məktəbi - 2016” proqramının növbəti dövrləri üçün də qeydiyyat aparılacaq. Festivalın açılış günü Azərbaycan Yelkənli İdman Federasiyası haqqında lentə alınmış Sənədli Filmin təqdimat mərasimi ilə yadda qalacaq. Belə ki, təqdimat mərasimi Park Bulvar AVM-də yerləşən Park Cinemada baş tutacaq. Qeyd edək ki, Festival 3 gün davam edəcək və hər gün saat 15:00-dan etibarən iştirakçıların üzünə açıq olacaq. Festivalın tarixi: 29-30-31 iyul, 2016-cı il Məkan: Park Bulvar AVM, 1-ci mərtəbə

OXŞAR XƏBƏRLƏR

Sürücü sükan arxasında VƏFAT ETDİ

Sürücü sükan arxasında həyatını itirib. Hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.   Sfera.az xəbər verir ki, Quba sakini Rövkət Yunusov idarə ...

Çin və Hindistan hədəfdə - Yeni sanksiyalar nefti bahalaşdıracaq?

ABŞ Rusiyadan neft alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşır. Gözlənilir ki, bu sanksiyalardan yayınmaq üçün Rusiyadan neft alan ...

Universitetlərə ixtisas seçiminin TARİXİ AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025 ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.   Bu ...

Gömrük Komitəsində otağı su basdı - VİDEO

Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.   Sf...

Bu şəxslər 5 il tez pensiyaya çıxacaq - Qərar verildi

Baş nazir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişikli...

Avtomobil sürən Haski meqapolisdə hərəkəti iflic etdi - VİDEO

Hindistanın Mumbay meqapolisindəki hərəkətli yollardan birinin ortasında böyük tıxac yaranıb. Şahidlər “cinayətkarı” videoya çəkmək qərarına gəldikd...