Yəhudi alimdən bildiklərinizi alt-üst edəcək xəbərdarlıq: sən demə, zərərli qidalar...

Yəhudi alimdən bildiklərinizi alt-üst edəcək xəbərdarlıq: sən demə, zərərli qidalar...
Yəhudi alimlərin son tədqiqatlarına əsasən zərərli hesab edilən bir çox məhsul orqanizmin sağlamlığı üçün faydalıdır.
 

Bu barədə İsrailin məşhur dietoloqu Naamа Lion danışıb. O bildirib ki, hər gün yumurta yemək olar:


"İlk növbədə bilməlisiniz ki, hər gün toyuq yumurtası yemək olar. Çünki bu məhsul asanlıqla həzm olunan amin turşularının, В12 vitaminin, kalsium, dəmir və sink mənbəyidir. Yumurtalarda xolesterin olur, lakin o, qanda xolesterin səviyyəsinə təsir göstərmir. Bunu son illərin tədqiqatları bir daha sübut edir”.


Dietoloqun sözlərinə görə, qəhvə zərərli deyil, əskinə faydalıdır:


"Sözsüz ki, içkinin aşırı dozası təzyiqi artıra bilər, qəhvəyə müxtəlif qidalandırıcı maddələr və şəkər əlavə olunduqda faydalı xassələri aşağı enir. Son elmi sübutlar göstərir ki, sadə qəhvə və kofein xərçəng və qaraciyər xəstəliyinin qarşısını alır, həmçinin ürək əzələsinin hüceyrələrinin bərpasına kömək edir”.


Ekspert qeyd edir ki, yağlı məhsullardan qorxmaq lazım deyil:


"Xüsusilə bitki mənşəli məhsullardan əldə edilən yağ faydalıdır. Buna avokado, küncüt, zeytun və fındıq yağını misal çəkmək olar. Onlar gündəlik qida rasionuna daxil olmalıdır. Həm də heyvan mənşəli yağlar faydalıdır, məsələn, kərə yağı. Yağların metabolizm üzərində müsbət təsiri var”.


O, duzdan imtina etməyi qətiyyən məsləhət görmür. Bu məhsul bir çox hallarda zərərli sayılır, lakin duz komponentləri mühüm həyati proseslərdə iştirak edir. Duz damar sisteminin orqanlarının normal funksiyalarını saxlamaq və hüceyrə yenilənməsi üçün vacibdir.


Bundan başqa, Lion Naama çörəkdən müntəzəm istifadə etməyi məsləhət görüb. Mütəxəssis qeyd edib ki, tam taxıl məhsullarını və az işlənmiş undan bişirilən çörəyi qida rasionuna əlavə etmək faydalıdır.


Bundan başqa, həkim kartof və soyanı faydalı adlandırıb:


"Kartof bir çoxları tərəfindən qlisemik indeksi yüksək olan məhsulu kimi rədd edilir. Lakin dietoloq bildirib ki, qlisemik indeks fərdi parametrdir və o, hər bir insan orqanizminə müxtəlif cür təsir göstərir.


Soya lobyasına gəlincə, son təcrübələr göstərir ki, bişməmiş və ya tofu soyanın təsiri qan xolesterini aşağı salan və ürək sağlamlığını yaxşılaşdıran qabiliyyətləri ilə tanınan paxlakimilər növü ilə müqayisə edilə bilər".
 

Publika.az


 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...