Yediyimiz dönərlər... - Leş yığanlar əti 50 qəpiyə alırlar - VİDEO - FOTO

Yediyimiz dönərlər... - Leş yığanlar əti 50 qəpiyə alırlar - VİDEO - FOTO
 Yol kənarlarında, insan axınının çox olduğu yerlərdə dönərxanaların sayı hər ötən il daha da artır. Maraqlıdır ki, mal ətininin, toyuğun və müxtəlif ərzaqların qiyməti hər il artsa da, dönərin qiyməti dəyişmir - 1 manat. Bu isə bəzi alıcılarda müəyyən suallar yaradır. Yediyimiz ət nə ətidir ki, belə ucuzdur və dəyişmir?!

Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Ətin kiloqramının 10-12 manat olduğu bu günlərdə paytaxtda 1 manata dönər satılır. Bəzi dönərxalarında isə hətta 1 manata dönərlə yanaşı, ayran da təklif olunur. Bu qiymətləri müqayisə edənlərdə isə şübhə yaranır. Görəsən, belə dönəri satanlar nə qazanc əldə edirlər ki, işlərinə davam edə bilirlər. Yoxsa onların satdığı ət heç də təmiz ət deyil?

Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədri: "Ölkədə leş yığanlar mafiyası var. Leş gətirilir, paytaxta, başqa yerlərə. Bu cür ətlər bir çox yerlərlə bərabər, dönərxanalara gedir. Leş yığanlar ətin 1 kiloqramını 50 qəpiyə, 1 manata alırlar.

Əkbər Əliyev: AQTA-nın regional bölməsinin rəisi: "Vətəndaşlar bu cür müəssisələrə müraciət edərkən,  ilk növbədə, ətin mənşəyini təsdiq edən sertifikatı tələb etmə hüquqları var. Əgər bu sənəd yoxdursa, deməli, artıq ətin mənşəyi məlum deyil. Vətəndaşlar bu cür ictimai iaşə müəssisələrindən məhsul almamalı və bu barədə agentliyə məlumat vermələri daha uyğun olardı".

Xatırladaq ki, bu günlərdə mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilib. Bu cür yararsız ət məhsullarının dönərxanalara, şadlıq evlərinə və müəyyən kafelərə paylanması şübhələri var.



OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...