\"Yaxın Şərq artıq yeni qarşıdurmaların mərkəzinə çevrilib\" - ŞƏRH

\
"Əslində Yaxın Şərq artıq yeni qarşıdurmaların mərkəzinə çevrilib. Yeddi İslam ölkəsi, bölgədə kifayət qədər ciddi tutumu və Qərblə münasibətlərində dayanıqlı və sabit siyasətə malik olan Qətəri hədəf almaqdadırlar". 

Bu sözləri Sfera.az-a Qətər böhranı və Körfəz ölkələrinin Doha ilə diplomatik əlaqələri kəsməsi ilə bağlı danışan analitik Vüqar Zifəroğlu deyib.
 
 

O, rəsmi Dohanın ünvanına səslənən ittihamların kifayət qədər ciddi olduğunu qeyd etdi: 
"Qətər terrora dəstək verməkdə günahlandırılır. Səbəb kiçik, lakin strateji əhəmiyyətə malik olan bu ərəb ölkəsi rəsmilərinin "Hizbullah” və "Hamas”a yönəlik açıqlamalarda onları terror deyil, "dirəniş” təşkilatları kimi qəbul etməyin lazım olduğunu açıqlamalarıdır. "İxvan-ül Müslimin” hərəkatına kifayət qədər ciddi siyasi və ideoloji dəstək saxlayan bu sünni ərəb ölkəsinin birdən-birə İrana bağlı olan təşkilatlara belə isti münasibət sərgiləməsi, hələ bunun ABŞ prezidentinin kifayət qədər ciddi müzakirə predmeti olan Yaxın Şərq səfərindən çox az müddət sonra baş verməsi diqqət çəkir. Digər tərəfdən bütün bu olanlarla paralel İran terror hücumunun hədəfinə çevrilir". 

Vüqar Zifəroğlunun fikrincə, Qətərə qarşı birliyə keçən ölkələrin sayının artacağı istisna deyil: 
"Təbii ki, bu zaman irəli sürülən başlıca arqument məhz İran faktoru olacaq. Bu zaman rəsmi Dohanın "xakerlərlə bağlı” gətirdiyi son dərəcə qeyri-müəyyən və inanılması mümkünsüz olan "səbəb” şübhəsiz ki, qəbul edilməyəcək. Hər halda Qətərin bundan sonra Səudiyyə Ərəbistanının liderliyi və heç şübhəsiz ki, Qərbin xeyir-duası ilə formalaşdırdığı "sünni-ərəb” koalisiyasına və İrana sərgiləyəcəyi münasibətindən çox şey asılı olacaq".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən, Maldiv və Mavriki, Mavritaniya Qətərlə münasibətləri dayandırıb. İordaniya isə rəsmi Dohayla münasibətləri ən aşağı səviyyəyə endirib.
Bu dövlətlər buna səbəb kimi Qətərin terrorizmi maliyələşdirməsini əsas göstəriblər.
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...