Yol polisindən “plyonka\" xəbərdarlığı: Heç kimə güzəşt olmayacaq!

Yol polisindən “plyonka\
Son zamanlar ölkə ərazisində avtomobillərin yan şüşələrində qanunla qadağan olunmuş örtüklərdən (plyokalardan) istifadə edənlərin sayında artım müşahidə olunur. Bəzi sürücülər avtomobillərinin yalnız arxa yan şüşələrinə "plyonka" çəksələr də, bəziləri biraz da irəli gedərək avtomobilin hətta ön yan şüşələrini də tündləşdirirlər. Bu isə mövcud qanunvericiliyə görə qadağandır. Başqa iddialara görə isə yol polisi avtomobillərin belə idarə edilməsinə göz yumur.

Bu iddialar nə dərəcəsə həqiqətdir?
 
Sfera.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyevin sözlərinə görə, mövcud qanunvericilikdə göstərilir ki, may ayının 1-dən noyabr ayının15-nə  qədər arxa küləyə qarşı olmayan şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

"Sürücülər də konkret olaraq bu qaydalara riayət etməlidir. Əgər qanunvericilikdə şüşələrlə bağlı, onların işıqburaxma qabiliyyətinə dair hansısa bir dəyişiklik olarsa, biz bununla əlaqədar rəsmi məlumat verəcəyik. Amma hələki qanunvericiliyin tələbləri nədirsə, sürücülər onun tələblərinə riayət etməlidir. Sürücülər başa düşməlidir ki, qanunun tələblərindən kənara çıxdıqları təqdirdə məsuliyyətə cəlb olunacaqlar".

Kamran Əliyev bildirib ki, plyonka da görünüşü məhdudlaşdırır, jalüz də.

"Amma qanunverilikdə plyonkadan və tündəşdirilmiş şüşələrdən yox, müəyyən müddət aralığında sənaye üsulu ilə hazırlanmış jalüzlərdən istifadəyə icazə verilir. Sürücülər rəsmi olmayan adamlarından eşitdikləri sözlə hərəkət etməməlidir. Rəsmi olaraq qanuna dəyişiklik edilməyibsə, mövcud qanunvericiliyə əməl etməyənlər cərimələnəcək. Yol polisi heç bir qayda pozuntusuna göz yummur".

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin...

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.   Sfera.az bildirir, mers...

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.   Bu barədə...

Dövlət başçısı: "Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir"

Biz iqtisadiyyatımızı şaxələndiririk. Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir.   Sfera.az xəbər verir ki, bu s...

Bəzi rayonlara yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Saat 16:30-a olan məlumata əsasən Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.   Bu barədə ...

Çexiyada may ayında NATO XİN başçılarının növbədənkənar iclası keçiriləcək

Çexiyada mayın 30-31-də NATO ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.   Sfera.az-a TASS-a istinadən xəbər verir k...