Yaşar Nurinin qızı: “Artıq satmağa bir şeyim yoxdur” - VİDEO

Yaşar Nurinin qızı: “Artıq satmağa bir şeyim yoxdur” - VİDEO
Mərhum Yaşar Nurinin ailəsi maddi baxımdan çətinlik yaşayır.

Sfera.az xəbər verir ki, ATV-nin "Günün sədası” verilişində Xalq artistinin qızı Ülkər Yaşarqızı artıq bütün əşyalarını satdığını etiraf edib:

"İki telefonumu satmışam. Bahalı telefonum var idi, onu satdım, ucuzunu aldım. Sonra onu da satdım, daha ucuzunu aldım. İki dənə komplektim var idi, onları da satmışam. Artıq satmağa bir şey yoxdur. Mən nəyi satım?

Artıq utanıram. Mən Yaşar Nurinin qızıyam. Mən bilirsiniz necə yaşamalıyam?! Olsun çətinlik. Hamının çətinliyi olur, amma bu çətinlikdən bir çıxış yolu tapmaq lazımdır da”.

Sənətkarın həyat yoldaşı Rəhimə xanım isə bu ilin sentyabrında sənətkarın 70 illiyində mədəniyyət qurumları tərəfindən heç bir diqqət görmədiyini bildirib:

"Ayın 2-də (sentyabr ayı - red.) zəng gözləyirdim. Heç yaxın adamlarımdan da zəng almadım. Teatra zəng vurub dedim ki, sabah Yaşarın ad günü olduğunu bilirsiniz? Dedilər ki, Rəhimə xanım bilirdik, sadəcə kollektivi indi yığa bilmirik, ola bilsin, birigün gəldik, qəbri üstdə qeyd edərik, xahiş edirəm, siz də gəlin. Mən nə deyə bilərəm. Amma ayın 3-də qəbri üstdə mən tək idim. Qızlarım ayrı gedib, onlarla gedəndə pis oluram. Pul toplayıb qəbrin üstünə gül qoyduq, bu qədər.

2012-ci ildə bu hadisə başımıza gəldi, onu (Yaşar Nuri - red.) itirdik. 2021-ci ildir. Mən heç bir yerdən zəng, dəstək görmədim. Mədəniyyət qurumları "Şöhrət” ordenli bir sənətkarın ailəsinə zəng edib bayramını təbrik etmir. Bu, nə deməkdir?! Bu qurumlar nə ilə məşğuldur? Bu qədər də saymamazlıq olmaz da. Tək mən deyiləm”.


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib. ...

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...