Yasamalda KÜTLƏVİ DAVA: Bir nəfərin üzünü doğradılar

Yasamalda KÜTLƏVİ DAVA: Bir nəfərin üzünü doğradılar

Bakıda əvvəllər məhkum olunmuş şəxslə bir qrup gənc arasında ağır xəsarətlə nəticələnən dava düşüb.

Sfera.az report-a istinadən bildirir ki, hadisə ötən gecə Şərifzadə küçəsi, "Kaktus" restoranının yaxınlığında qeydə alınıb.
Belə ki, 5 nəfərdən ibarət qrupla 3 nəfər arasında söyüş üstündə mübahisə və əlbəyaxa dava olub. Dava bitdikdən sonra tərəflər barışığa dəvət edilib. Əvvəllər məhkum olunmuş Sahil adlı şəxslə Tural Musayev barışıq əlaməti olaraq qucaqlaşmaq üçün yaxınlaşıblar. Bu zaman Sahil cibindəki ülgüclə T.Musayevin üzünün hər iki tərəfinə xəsarət yetirib. Üz nahiyəsi iki yerə ayrılan T.Musayev 1 saylı Şəhər Kliniki Mərkəzə çatdırılıb. Onun üzərində keçirilən əməliyyat bir neçə saat davam edib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Dava zamanı Ceyhun adlı şəxsin də kəsici alətdən istifadə etdiyi məlum olub.
Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTOLAR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...