Yasamal rayonunda Milli Anım Günü qeyd edildi - FOTO

Yasamal rayonunda Milli Anım Günü qeyd edildi - FOTO
27 sentyabr Milli Anım Günü bütün ölkə ərazisində olduğu kimi Yasamal rayonunda da qeyd edilib. Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq 2-ci Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib.

Sfera.az xəbər verir ki, tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal bələdiyyəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub.
 
Şəhidlərimizin xatirəsi bir dəqqiqəlik sükutla yad edilib. Daha sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinin üzvləri il söhbət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Şəhid ailələrinin üzvləri və qazilər diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər. 

Milli Anım Günü çərçivəsində Yasamal rayonunda habelə agacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib. Aksiya çərçivəsində ərazidə təmizlik-abadlıq işləri aparılıb və daha öncə salınmış yaşıllıqlara qulluq göstərilib.

OXŞAR XƏBƏRLƏR