Yaşadığınız binada futbol oynayın : “Hünər Qüllələri”ndən unikal təklif - Video

Yaşadığınız binada futbol oynayın : “Hünər Qüllələri”ndən unikal təklif - Video
Gərgin iş rejimindən geriyə qalan asudə vaxtınızı yaşadığınız binada futbol və ya basketbol oynamağa ayırmaq istəyirsinizsə "Hünər Qüllələri”ndə istifadəyə veriləcək qapalı meydança tam sizin üçündür. Belə ki, "Hünər Qüllələri” Azərbaycanda ilk dəfə yaşayış və sosial məkanları eyni binada birləşdirən Flexhouse sistemini təklif edir. Sadəcə binada yaşayan sakinlərin istifadəsi üçün nəzərdə tutulan bu sosial məkanlardan biri də binanın ikinci mərtəbəsində yerləşən qapalı mini meydançadır. İçərisində həm futbol, həm də basketbol sahəsi olan bu meydança sizi, əyləncənizi uzaqda axtarmaqdan xilas edəcək. Burada yaşadığınız binadan çıxmadan dostlarınızla, qonşularınızla müxtəlif oyunlar oynaya, yarışlar keçirə bilərsiniz. Bu həm də yavaş-yavaş silinib getməkdə olan köhnə məhəllə, qonşuluq adət-ənənələrinin bərpası deməkdir. Bu cür kollektiv oyunlar qonşularınızla sosiallaşıb, isti münasibətlər yaratmağınız üçün gözəl vasitə olacaq.
 
Qeyd edək ki, "Hünər Qüllələri”nin tikintisi, Bakının ən prestijli məkanında - Ağ Şəhər-də sürətlə davam edir."1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən "Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir. Patenti yalnız Huner Group-a aid olan Flexhouse sisteminin məqsədi bir evə sığmayan bütün otaqları "qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə ki, "Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flexhouse sisteminə uşaq oyun zalı, kinozal, karaoke otağı, musiqi otağı, parti otağı, playstation otağı, qonaq otağı, fitnes salonu, özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, iş otağı, sürücü otağı və camaşırxana daxildir.
 
Siz də "Hünər Qüllələri”ndən mənzil almaq istəyirsinizsə ofisimizə yaxınlaşaraq həm alacağınız mənzillərlə, həm də Flex otaqlarla əyani şəkildə tanış ola bilərsiniz. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə Flex otaqlar yolunuzu gözləyir.
 
Ünvan: Bakı Ağ Şəhər, Park rayonu.
 
Telefon: (012) 409 00 44
              (050) 409 00 44
 
Web: www.hunergroup.az
 
 
Youtube: https://www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfrKEkn1g






OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...