Yaşadığmız çətin günlərdə dövlət-vətəndaş həmrəliyi möhkəmlənir

Yaşadığmız çətin günlərdə dövlət-vətəndaş həmrəliyi möhkəmlənir
 Ölkəmizdə bütün sahələrdə aparılan islahatlar ardıcıl şəkildə və dönmədən həyata keçirilməkdədir. Bu islahatlar iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına səbəb olmuşdur. Görülən məqsədyönlü işlər sayəsində dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulur. Nəticədə büdcəyə daxilolmalar artmış, əmək müqavilələrinin sayı çoxalmışdır.

İqtisadiyyata, sosial-rifaha və məşqulluğa pandemiyanın təsirlərini azaltmaq məqsədilə mühtərəm Prezidentin tapşırığı əsasında hazırlanmış Tədbirlər Planının əsas hədəflərindən biri iş yerlərinin və işçilərin əmək haqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması ilə bağlı olmuşdur. Vəziyyətin gözlənilməz və çox çətin olduğuna baxmayaraq, muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, verqi ödəmələrində və bank kreditlərinin alınmasında güzəştlər edilmişdir. Əlbəttə, fəaliyyəti şəffaf və düzgün olan sahibkarlara nisbətən qeyri-şəffaf fəaliyyət göstərənlər dövlət dəstəyinin daha böyük hissəsindən məhrum olurlar.

Vətəndaşlarla bağlı Prezidentin yeritdiyi humanist siyasətin nəticəsində əvvəllər qeyri-formal sektorda, «kölgə» iqtisadiyyatında çalışanların sosial müdafiəsi də nəzərə alındı.

Bütün bunlarla yanaşı aztəminatlı təbəqələrin nümayəndələrinə karantin dövründə birdəfəlik vəsaitin, və ünvanlı sosial yardımların verilməsi, yeni əmək müqavilələrinin bağlanması təmin edildi.

Bu dövr ərzində pensiya, müavinət və başqa təqaüdlər davamlı şəkildə və vaxtında ödənildi. Çox təəssüf, qeyri-formal sektorda çalışan işçilər göstərilən üdənişləri ala bilmirlər. Bunun təqsiri yalnız onların özlərindədir. Ona görə iqtisadi fəaliyyətdə şəffaflığı qorumaqda dövlətin məqsədi vətəndaşın hüququnu, dövlət-vətəndaş həmrəliyini müdafiə etməkdir. Bu həmrəliyin möhkəmlənməsində hər bir

vətəndaş, xüsusilə biznes dairələri məsuliyyətini dərk etməlidir. Pandemiya hadisəsi göstərdi ki, «kölqə» iqtisadiyyatı və qeyri-şəffaflıq həm ölkə iqtisadiyyatına, həm də onun iştirakçılarına, dövlət-vətəndaş birliyinə ziyan vurur.

Qoy Covid-19 hadisəsi insanlar üçün ibrət dərsi olsun.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...