Hadİsə

Yaralıları daşıyan ambulans da qəzaya düşdü - Tovuzda

Yaralıları daşıyan ambulans da qəzaya düşdü - Tovuzda
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Sfera.az xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun Tovuz rayonun Cırdaxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan var.

Tovuzda avtobusla minik maşının toqquşması nəticəsində yaralını xəstəxanaya gətirən təcili tibbi yardım maşını da qəzaya uğrayıb.

Belə ki, avtomobil başqa bir maşınla toqquşub. İlkin məlumatlara görə, xəsarət alanlar olmasa da., avtomobilə ciddi ziyan dəyib. Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb. Hazırda əraziyə başqa təcili yardım biriqadaları da cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./Report
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31