Yaralılar yaddan çıxıb, sağ qalanlar təşvişlə qaçışırlar... - Suriyadan atılan raketin Türkiyəyə düşmə anı - VİDEO

Yaralılar yaddan çıxıb, sağ qalanlar təşvişlə qaçışırlar... - Suriyadan atılan raketin Türkiyəyə düşmə anı - VİDEO
 

Türkiyəyə edilən hava hücumunun görüntüləri əldə olunub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, PKK nümayəndələri tərəfindən Suriyadan Türkiyəyə atılan raket Mardin vilayətinin Nusaybin mahalına düşüb.

Hadisə nəticəsində 8 mülki vətəndaş həlak olub, 35 nəfər yaralanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb. "Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilmiş PKK / PYD-YPG terrorçularının sayı 653-ə çatıb.


OXŞAR XƏBƏRLƏR