Yaradılacağı deyilən kadr bankı necə olmalıdır?-ekspert rəyi...

Yaradılacağı deyilən kadr bankı necə olmalıdır?-ekspert rəyi...
"Ehtiyaclar öyrənilməli və ona uyğun olaraq da proqram, treninq, kurslar keçirilməlidir”  

Sfera.az-a açıqlamasında bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin kiçik və orta biznes üçün kadr bankının yaradılacağı barədə dediyi fikirlərə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. 
Onun sözlərinə grə ilk olaraq kiçik və orta biznesə hansı kadrların lazım olduğu öyrənilməlidir:
 
"Əslində, yaxşı kadrlara həmişə ehtiyac var. Yaxşı kadrlar onsuz da bazarda həmişə özlərinə yer tapa bilir. Burada kiçik və orta sahibkarlıqdan söhbət gedirsə, öz səviyyəsinə kifayət qədər uyğun olan işçilərin tapılmasında o qədər də böyük problemlər olmur. Əksinə, hər hansı bir işlə bağlı elan verilərkən, çoxlu sayda insanların müraciət etdiyini görürük. Kiçik və orta biznes üçün kadr bankının yaradılmasının əsas istiqaməti əslində iş yerlərinə çıxış imkalarının yaradılmasından ibarət olmamalıdır. Bundan başqa burada, həmin sahibkarlıq subyektlərinə lazım olan sənət və işlərin hansı istiqamətdə getməsi öyrənilməli, belə bir araşdırma aparılmalıdır. Ona uyğun olaraq dövlət və nazirliyin hesabına treninqlər,  kvalifikasiyanın dəyişdirilməsi üçün kursların təşkilinə ehtiyac vardır. Burada söhbət yəni ondan getməli deyil ki, hər hansı bir dövlət səviyyəsində kadr bankı yaradılır və onun da nəticəsində hər hansı bir işlə təmin olunmaq üçün işlər görülür. Buna ehtiyac yoxdur. Əslində ilkin olaraq kiçik və orta sahibkarlığa nələr və hansı kadrların lazım olduğu öyrənilməli və ona uyğun olaraq da treninqlərin keçirilməsi, kursların təşkilinə ehtiyac var. Çünki iş axtaranların sayı çox olsa da, kiçik və orta biznes subyektləri çox zaman ondan şikayət edir ki, axtardıqları səviyyədə və istiqamətdə işçi tapa bilmirlər. Bu iki problem bir-birilə uzlaşdırılmalıdır. Fikrimcə, belə bir kadr bankının yaradılasının əsas istiqaməti də məhz bu yöndə olmalıdır. Ehtiyaclar öyrənilməli və ona uyğun olaraq da proqram, treninq, kurslar keçirilməlidir”. 
 
Qeyd edək ki, bu günlərdə mətbuata açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəzi naziri Sahil Babayev bildirib ki, kiçik və orta biznes üçün kadr bankı yaradılacaq. Onu da bildirək ki, Azərbaycanda sözügedən biznes strukturlarında sözün həqiqi mənasında ixtisaslı kadr potensialı çatışmır. Bu səbəbdən də bir çox hallarda kiçik və orta sahibkarlıq subyektləri öz işlərini keyfiyyətli və uğurlu şəkildə qura bilmirlər. Böyük ehtimalla kadr bankının yaradılması ilə həmin problem də müəyyən dərəcədə öz həllini tapacaq.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Baş Prokurorluq sabiq baş pediatrın intiharı ilə bağlı MƏLUMAT YAYDI

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. ...

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin ...

İran İsraili İTTİHAM ETDİ: "Qəzzada müharibə cinayətləri törədir"

İranın Xarici İşlər Nazirliyi Qəzzadakı müharibəni pisləyib.   Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi X hesabında məsələ ilə bağlı bəzi...

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞTİ-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...