Yaponiyanın intihar meşəsi: Ölmək istənlər bura gedir-Foto

Yaponiyanın intihar meşəsi: Ölmək istənlər bura gedir-Foto
Bütün dünyada insanlar meşəyə rahatlıq və təmiz hava üçün gedir.
 
Sfera.az xəbər verir ki, amma  Yaponiyada insanlar bu meşəyə intihar üçün gedirlər.
 
Fuji dağının ətəyində olan Aokigahara Forest meşəsinə  yaponlar intihar üçün gedirlər.  Hər il yüzlərlə insan bu meşədə intihar edir. Elə bu səbəbdən bu meşə  'intihar meşəsi' adlanır.  Məşhur yapon musiqiçi Kyochi Watanabe meşədə John Lennonun Imagine (Xəyal et) mahnısını ifa edərək insanları intihardan çəkindirmək istəyib.
 
Amma insanlar yenə bu meşəyə üz tutur.  Aokigahara Meşəsi, Yapon mifologiyasında pis ruhlara sahib olduğu deyilir. 
Aokigaharanın girişində  "ocaq qalamayın, zibil atmayın" kimi xəbərdarlıqlar yerinə, "həyat sizə verilmiş bir hədiyyədir, ailənizi və dostlarınızı düşünün, intihar etməyə qərar vermədən əvvəl bu nömrələrə zəng edin” löhvəsi yerləşdirilib.






OXŞAR XƏBƏRLƏR