Yaponiya Şamaxıda tibb məntəqəsi tikəcək

Yaponiya Şamaxıda tibb məntəqəsi tikəcək
Dekabrın 4-də Yaponiyanın Azərbaycandakı səfirliyində "Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində "Şamaxı rayonu Mədrəsə qəsəbəsində yeni tibb məntəqəsi inşası” layihəsinin üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.

Səfirlikdən Sfera.az-a bildiriblər ki, qrant yardım layihəsi üzrə müqaviləni "Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və səfir Vada Cüniçi imzalayıblar.

Mərasimdə çıxış edən səfir Vada Cüniçi layihənin həmin bölgənin əhalisinin səhiyyə, təhsil, sosial rifahı və iqtisadi inkişafına töhfə verməsini arzulayıb. Əliməmməd Nuriyev yardıma görə Yaponiya Hökumətinə dərin minnətdarlığını ifadə edib.

Budəfəki müqavilədə nəzərdə tutulan yardımın məbləği 55 min ABŞ dolları təşkil edir. Bu layihənin icrası nəticəsində Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yeni kiçik tibb məntəqəsi inşa olunacaq.

Qeyd edək ki, indiyədək "Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində Azərbaycanda həyata keçirilmiş layihələrin sayı 265, ümumi dəyəri isə 22 milyon ABŞ dollardan çox olub.

Proqram insan təhlükəsizliyi ideyasını rəhbər tutaraq, Yaponiya hökuməti tərəfindən inkişaf etməkdə olan ölkələrin iqtisadi tərəqqisinə dəstək məqsədilə bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Əhalinin sağlamlığı və həyatının təhlükəsizliyinin, o cümlədən minimum həyat standartlarının təmin olunması proqramın əsas prioritetidir.Dekabrın 4-də Yaponiyanın Azərbaycandakı səfirliyində "Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində "Şamaxı rayonu Mədrəsə qəsəbəsində yeni tibb məntəqəsi inşası” layihəsinin üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.

Səfirlikdən Axar.az-a bildiriblər ki, qrant yardım layihəsi üzrə müqaviləni "Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və səfir Vada Cüniçi imzalayıblar.

Mərasimdə çıxış edən səfir Vada Cüniçi layihənin həmin bölgənin əhalisinin səhiyyə, təhsil, sosial rifahı və iqtisadi inkişafına töhfə verməsini arzulayıb. Əliməmməd Nuriyev yardıma görə Yaponiya Hökumətinə dərin minnətdarlığını ifadə edib.

Budəfəki müqavilədə nəzərdə tutulan yardımın məbləği 55 min ABŞ dolları təşkil edir. Bu layihənin icrası nəticəsində Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yeni kiçik tibb məntəqəsi inşa olunacaq.

Qeyd edək ki, indiyədək "Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində Azərbaycanda həyata keçirilmiş layihələrin sayı 265, ümumi dəyəri isə 22 milyon ABŞ dollardan çox olub.

Proqram insan təhlükəsizliyi ideyasını rəhbər tutaraq, Yaponiya hökuməti tərəfindən inkişaf etməkdə olan ölkələrin iqtisadi tərəqqisinə dəstək məqsədilə bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Əhalinin sağlamlığı və həyatının təhlükəsizliyinin, o cümlədən minimum həyat standartlarının təmin olunması proqramın əsas prioritetidir.
 

OXŞAR XƏBƏRLƏR

DİN vətəndaşlara MÜRACİƏT ETDİ: "İşıqforlar işləməsə..." 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.   Sfera.az-ın məlumatına görə, qurum xatırladıb ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində...

Baydendən MARAQLI AÇIQLAMA: "Əmimi adamyeyənlər yeyib"

ABŞ Prezidenti Co Bayden İkinci Dünya Müharibəsi zamanı Yeni Qvineya yaxınlığında təyyarə qəzasında həlak olan əmisi Ambrose Finneqanın cəsədinin adamyeyənlərə ...

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazandığı ilk oyundan danışıb.   Sfera.az ...

Dünyaca məşhur müğənni Rihanna İMİCİNİ DƏYİŞDİ

Dünyaca məşhur müğənni Rihanna imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, bu barədə fotolar "People" saytında dərc olunub. ...

Rusiyalı ekspert: "Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"

“Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı mü...

Qubad İbadoğlu ilə bağlı yekun ittiham aktı ELAN EDİLDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.   Bu barədə Sfera.az-a onun vəkili...