\"Yaponçik\"in qatillərinə 33 İL HƏBS tələbi
10:41 / 09.12.2021
570
Moskva şəhər məhkəməsində prokuror "Yaponçik” ləqəbli "qanuni oğru” Vyaçeslav İvankovun qatillərinə üst-üstə 33 il həbs tələb edib.
Sfera.az-ın yerli KİV-ə istinadən məlumatına görə, prokuror Cambul Canaşiyaya 16, Murtazi Şadaniyaya isə 17 il iş oxuyub.
İstintaq nəticəsində məlum olub ki, 28 iyul 2009-cu ildə Kaxa Qazayev, Murtazi Şadaniya, Nuqzar Papava və Cambul Canaşiya "Tayskiy slon” restoranına gəliblər. İvankov restorandan çıxarkən o güllələnib. O, bir neçə ay sonra isə xəstəxanada vəfat edib.