Yapı Kredi Bank Həftə Sonu da Xidmətinizdə

Yapı Kredi Bank Həftə Sonu da Xidmətinizdə
Yapı Kredi Bank Azərbaycan müştərilərini düşünərək həftə sonu da xidmət göstərməkdədir. Belə ki, həftə içində bank əməliyyatlarını çatdıra bilməyən müştərilər həftə sonu Yapı Kredi filiallarına gələrək rahat şəkildə işlərini tamamlaya bilərlər.


Hər zaman müştərilərinə dəyər verən Bank, Şənbə və Bazar günü Nərminov filialında həmçinin, Şənbə günü Əhmədli filialında bankçılıq əməliyyatlarını yerinə yetirmək üçün onlara fürsət yaradır. Filiallarda fiziki və hüquqi şəxslərə müxtəlif çeşiddə istehlak və biznes kreditləri rəsmiləşdirmək, əmanət yerləşdirmək, Worldcard müraciət, Worldcard borcödəmə, İnternet Bankçılıq və bu kimi bir çox digər xidmət və məhsullardan faydalanmaq olar.

Filialların ünvanları aşağıdakı kimidir:

 

Nərimanov Filialı

Ünvan: Azərbaycan, Bakı şəhəri. Təbriz Küçəsi, 106A (Metropark Ticarət Mərkəzi 1–ci mərtəbə)

Tel: həftə içi : (+994 12) 497 77 95

24/7: *0444

Faks: (+994 12) 566 90 16

 

Əhmədli Filialı

Ünvan: Azərbaycan, Bakı şəhəri, Əhmədli qəsəbəsi, Sarayevo küç.,3

Tel: həftə içi : (+994 12) 497 77 95

24/7: *0444

Faks: (+994 12) 370 60 29

 


"YapıKredi Bank Azərbaycan”nın digər filial şəbəkələri barədə daha ətraflı məlumatı//www.yapikredi.com.az/Filiallar.aspx linkindən əldə edə bilərsiniz.

 

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür.

 

Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

 


OXŞAR XƏBƏRLƏR