Yapı Kredi Bank Azərbaycanın İŞ elanları
16:45 / 10.01.2020
5330
Yapı Kredi Bank Azərbaycan vakansiya elan edib.
Sfera.az elan edilmiş vakansiyanı nəzərinizə çatdırır:
Daxili Audit üzrə köməkçi / mütəxəssis / baş mütəxəssis
Tələblər:
İqtisadiyyat, Maliyyə, Mühəndislik, Mühasibat və Audit fakultələri üzrə ali təhsil.
Mükəmməl dərəcədə ingilis dili biliyi (müvafiq hesabatların ingilis dilində hazırlanması üçün), həmçinin
Türk dili bilikləri
Excel, Powerpoint, Access, Word ofis proqramları biliyi;
Beynəlxalq audit sertifikatlarına malik olan namizədlərə üstünlük veriləcəkdir (CIA, CFSA, CFE…);
Daxili Audit üzrə köməkçi vəzifəsi üçün – audit və bank sahəsində ən azı 1-2 il iş təcrübəsı.
Daxili Audit üzrə mütəxəssis vəzifəsi üçün – audit və bank sahəsində ən azı 2-5 il iş təcrübəsı.
Daxili Audit üzrə baş mütəxəssis vəzifəsi üçün – audit və bank sahəsində ən azı 5 il iş təcrübəsi.
Əsas iş funksiyaları:
Normativ-hüquqi aktların və bankdaxili qaydaların icra vəziyyətinin, bütün struktur bölmələrin və
filiallarının fəaliyyətinin, bütün növ bank əməliyyatlarının auditini həyata keçirmək;
Risk əsaslı audit yoxlamalarının həyata keçirilməsi, nəticələr haqqında hesabatlar hazırlamaq;
Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata
keçirmək;
Daxili audit yoxlamaları zamanı saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;
Ehtiyac olduqda saxtakarlıq hadisələrin araşdırılmasında iştirak etmək;
Proseslərin idarəedilməsi üzrə əməkdaş
Tələblər:
Bank sahəsində ən azı 2 il iş təcrübəsi;
İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil;
İngilis, türk, rus dili biliklərinə üstünlük verilir;
Ofis proqramlarında işləmək bacarığı;
Bank proseslərinin iş axışları, bank qanunvericiliyi barədə məlumatlı olmaq;
Məlumatı toplamaq və təhlil etmək bacarığı / Analitik düşüncə / Təqdimetmə bacarığı / Komanda ilə işləyə
bilmək.
Cavabdehlik:
Bankın iş axışlarının sənədləşdirilməsi;
Bank proseslərinin yerli qanuvericilik ve struktur bölmələrin tələbləri əsasında yazılması;
İT qrupları ilə birlikdə kiçik istək/Orta ölçülü layihə/ Böyük ölçülü layihə sinifləşdirməsini həyata
keçirmək;
Qanunvericiliyə riayət üzrə proses dəyişikliklərində təşəbbüslə çıxış etmək, dəyişikliyin banka təsir təhlilini
bankın strukturlarının dəstəyini alaraq aparmaq və texniki dəyişikliklər üçün IT ilə koordinasiyalı
planlaşdırma işlərini həyata keçirmək;
Orta və böyük ölçülü sistem tələblərini "business hub” prinsipinə uyğun yaratmaq (ətraflı proses təhlili,
biznes qərarları, digər layihə və proseslərlə qarşılıqlı əlaqələr, müştəri və satış/əməliyyata olan təsirlərini
təhlil etmək);
Məsul olduğu prosedur sənədləri üçün, "business impact” - in və "business case” - in yaradılaraq,
layihələrin təsir etdiyi struktur bölmələrin digər tələblərini gözdən keçirmək və bir-biri ilə olan əlaqələrini
müəyyənləşdirmək;
Sistem səlahiyyət qruplarını istifadəçilərə vermək/ləğv etmək, istifadəçi yaratmaq / dəyiştirmək /
silmək, səlahiyyət qrupu yaratmaq / dəyiştirmək / silmək
CV-lərinizi [email protected] ünvanına göndərmənizi xahiş edirik.