“Yapı Kredi Bank Azərbaycan” QSC “Coca-Cola İçecek Azərbaycan” şirkətinin nəzdində “Sulutəpə” şöbəsini açdı

“Yapı Kredi Bank Azərbaycan” QSC “Coca-Cola İçecek Azərbaycan” şirkətinin nəzdində “Sulutəpə” şöbəsini açdı

"Yapı Kredi Bank Azərbaycan” QSC-nin yeni "Sulutəpə” şöbəsi 01 aprel 2019-cu il tarixindən etibarən "Coca-Cola İçecek Azərbaycan” şirkətinin tərkibində fəaliyyət göstərməyə başladı. "Sulutəpə” şöbəsi sırf "Coca-Cola İçecek Azərbaycan” şirkətinin bank əməliyyatlarının daha operativ və təhlükəsiz yerinə yetirmək üçün nəzərdə tutulmuş bir şöbədir.

"Sulutəpə” şöbəsi yay aylarında, 01 aprel tarixindən 31 oktyabr tarixinidək, Bazar ertəsi – Şənbə günləri saat 10:00-dan 23:00-a, qış aylarında isə, 01 noyabr tarixindən 31 mart tarixininədək 10:00-dan 19:00-a kimi xidmət göstərəcəkdir.

Bundan əlavə, hazırda "Yapı Kredi Bank Azərbaycan” QSC-nin Bakı və Sumqayıt şəhərlərində olmaqla 8 filialı fəaliyyət göstərir. Onlardan "Baş Ofis – Müştəri Xidmətləri”, "28 May”, "Səbail”, "Əhmədli”, "Cəfər Cabbarlı”, "Nərimanov Metropark”, "Memar Əcəmi” paytaxt Bakı şəhərində, "Sumqayıt” filialı isə Sumqayıt şəhərlərində yerləşir. Bununla yanaşı bankın 28 ATM və 2000 civarında POS-terminalı mövcuddur.

Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan” QSC dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə filiallarla yanaşı, *0444 Telefon Mərkəzi və İnternet / Mobil Bankçılıq məhsulları ilə müştərilərinə 7/24 rejimdə geniş çeşiddə bank xidmətləri göstərməktədir.


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...