“Yapı Kredi Bank Azərbaycan” 2019-cu ilin üçüncü rübündə real sektoru dəstəkləməyə davam etmişdir.

“Yapı Kredi Bank Azərbaycan”  2019-cu ilin üçüncü rübündə real sektoru  dəstəkləməyə davam etmişdir.
 
Bankın 2019-cu ilin üçüncü rübünə dair açıqladığı hesabata əsasən xalis faiz gəlirləri 2018-ci
ilin üçüncü rübü ilə müqayisədə artaraq 22.7 mln AZN-ə çatmışdır.
Uzun illərdir uğurla fəaliyyətini davam etdirən "Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ilin
üçüncü rübü üzrə xalis mənfəətini keçən ilin müvafiq dövrü ilə müqayisədə 39 % artıraraq 3,8
mln manata çatdırmışdır.
Yapı Kredi Bank Azərbaycan ölkədə real sektorunun dəstəklənməsi istiqamətində, o сümlədən
Strateji Yol Xəritələrində müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq iqtisadiyyatın
maliyyələşdirilməsi fəaliyyətini davam etdirmişdir və kredit portfelini 181.1 mln manata qədər
yüksəltmişdir. Kredit portfelinin iqtisadi sahələr üzrə strukturuna nəzər yetirdikdə bankın əsasən
qeyri-neft sektorunu maliyyələşdirdiyini görmək mümkündür.
Bankın kapital göstəriciləri kifayət qədər qənaətbəxşdir. Belə ki, ötən ilin müvafiq dövrü ilə
müqayisədə bankın I dərəcəli kapitalı 8% artaraq 66.7 mln AZN, məcmu kapitalı 7% artaraq
72,4 milyon AZN olmuşdur.
Eyni dövrdə I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 31.8%-ə, məcmu kapitalın
adekvatlıq əmsalı 34.5%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin
minimal tələbindən dəfələrlə çoxdur.
Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq
qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank,
Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində
yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq
məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

OXŞAR XƏBƏRLƏR