Cəmİyyət

YAP Yasamalda seçicilərlə görüş keçirdi

YAP Yasamalda seçicilərlə görüş keçirdi
Yeni Azərbaycan Partiyasının "İlhamla irəli” şüarı ilə başladığı seçki kampaniyası çərçivəsində YAP-ın Yasamal rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Yeni Azərbaycan Partiyasından Sfera.az-a verilən məlumata görə, görüşdə  YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov 11 apreldə keçiriləcək prezident seçkilərinin əhəmiyyətindən danışıb.

YAP Yasamal  rayon təşkilatı sədrinin müavini Telman İbadov və təşkilatın şura üzvü, Respublika Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli çıxış ediblər.
 
 

XƏBƏR LENTİ