Gündəm

YAP rəsmisindən İlham Əliyevin səhhəti ilə bağlı AÇIQLAMA

YAP rəsmisindən İlham Əliyevin səhhəti ilə bağlı AÇIQLAMA
 

Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Müsavat partiyası divanı tərəfindən ölkə başçısının səhhəti ilə bağlı müzakirələr aparmasına kəskin şəkildə etirazını bildirib. 

Sfera.az xəbər verir ki, S.Novruzov "Amerikanın Səsi"nə açıqlamasında yayılan xəbərlərin yalan olduğunu söyləyib:

"Prezident İlham Əliyevin səhhətində heç bir problem yoxdur. O, hər gün saat 9-da iş başında olur. Axı İlham Əliyevin səhhətinə nə olub? Nəyi müzakirə edirlər? Özlərinin səhhəti pis olanda Prezident İlham Əliyevə, Mehriban xanıma Əliyevaya müraciət edirlər. Siyasi mövqeyindən asılı olmayaraq, hər biri haqqında dövlət tərəfindən lazımı addımlar atılır. Ümumiyyətlə, indi nə baş verir ki, ölkə Prezidentinin səhhəti ilə bağlı müzakirələr aparırsınız? Yenə deyirəm, Prezidentin səhhətində heç bir problem yoxdur. Mən rəsmi şəkildə bu açıqlamanı verirəm. Bu cür yalan məlumatları yayanlar düşmənlərdir. Prezident işinin başındadır".

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031