YAP rəhbərliyindən uzaqlaşdırılan şəxslərin TAM SİYAHISI

YAP rəhbərliyindən uzaqlaşdırılan şəxslərin TAM SİYAHISI
Xəbər verdiyimiz kimi, ötən həftə Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib və qurultayda partiyanın rəhbər orqanları yenidən təşkil olunub.

Sfera.az xəbər verir ki, YAP-ın qurultayında partiyanın  81 nəfərdən ibarət Siyasi Şurası ləğv olunub və İdarə Heyətinin üzvlərinin sayı 20-dən 40-a çatdırılıb, həmçinin 35 nəfərdən ibarət yeni Veteranlar Şurası yaradılıb. 

Məlumat üçün bildirək ki, ləğv olunan Siyasi Şura üzvlərinin bəziləri yenidən təşkil olunan İdarə Heyətində, Təftiş Komissiyasında  və yeni yaranan Veteranlar Şurasında yer alsalar da, bir-çox Şiyasi Şura üzvü YAP-ın rəhbər orqanlarından tamamilə uzaqlaşdırılıb. 

YAP rəhbərliyindən uzaqlaşdırılan şəxslərin tam siyahısı aşağıdakı kimidir:

1. İsmət Abasov – Keçmiş Kənd Təsərrüfatı naziri, Baş nazirin sabiq müavini
2. Əli Abbasov – Sabiq Rabitə və Texnologiyalar naziri,  AMEA prezidentinin müşaviri
3.  Rövnəq Abdullayev – SOCAR-ın prezidenti
4. Vaqif Abdullayev - Beyləqan rayon İcra Hakimiyyətinin sabiq başçısı
5. Fatma Abdullazadə - Prezident Aparıtımın sabiq şöbə müdiri
6. Hacıbala Abutalıbov - Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı
7. Elnur Aslanov - Prezident Aparıtımın sabiq şöbə müdiri 
8. Hüseynqulu Bağırov - Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri
9. Azad Balayev - YAP Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini
10. Yaqub Eyyubov - Baş nazirin birinci müavini
11. Ağaəli Əhmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
12. Namiq Əhmədov - Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri
13. Sədrəddin Əkbərov - Bakı şəhər İcra Hakimiyyəti aparatında Memarlıq və Şəhərsalma Baş İdarəsi rəisinin birinci müavini
14. Fuad Ələsgərov - Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri
15. Əlibaba Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
16. Firdovsi Əliyev - Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
17. Qafar Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
18. Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini
19. Yaqub Əliyev - Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri
20. Əli Əsədov – Azərbaycanın Baş naziri
21. Oqtay Əsədov - Milli Məclisin sabiq sədri, millət vəkili
22. Ağabəy Əsgərov – "Azərbaycan” nəşriyyatının baş direktoru
23. Asif Əsgərov - Nəsimi rayon İcra Hakimiyyətinin başçısı
24. Ziyafət Əsgərov - Milli Məclisin sədrinin birinci müavini, Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
25. Abdin Fərzəliyev - Nərimanov rayon İcra Hakimiyyətinin başçısı
26. Asəf Hacıyev - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi
27. İsa Həbibbəyli - Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
28. Əli Həsənov - Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi 
29. Yusif Hümbətov – "Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri
30. Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri
31. Vaqif Hüseynov - Saatlı rayonu İcra hakimiyyətinin sabiq başçısı 
32. İradə Hüseynova - Bakı Dövlət Universitetinin professoru, Təhsil nazirinin sabiq müavini
33. David İbrahimxəlilov - Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri
34. Sudeyf İmamverdiyev - Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri
35. Nazim İsmayılov - Saatlı rayon İcra Hakimiyyətinin keçmiş başçısı 
36. Süleyman İsmayılov - Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
37. Mirkazım Kazımov - Milli Məclisin sabiq deputatı, "Qasid” firmasının prezidenti
38. Samirə Quliyeva - Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin baş məsləhətçisi
39. Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin sabiq rektoru
40. Novruz Məmmədov – Azərbaycanın keçmiş Baş naziri
41. Şahin Məmmədov - Masallı rayon İcra Hakimiyyətinin başçısı
42. Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
43. Aydın Mirzəzadə - Milli Məclisin deputatı
44. Şahin Mustafayev – Baş nazirin müavini
45. Zeynal Nağdəliyev - Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri
46. Siyavuş Novruzov - Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri
47. Hüseyn Paşayev - Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri
48. Hadı Rəcəbli - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
49. Vüqar Rəhimzadə - "İki sahil” qəzetinin baş redaktoru
50. Dilarə Seyidzadə - Prezidentin Katibliyinin sabiq rəisi
51. Rizvan Vahabov - Dövlət Yanacaq Komitəsinin keçmiş sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi 
52. Misirxan Vəliyev - Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı
 
(yeniavaz)

OXŞAR XƏBƏRLƏR