Cəmİyyət

YAP-ın seçki siyahısı hazırdır

YAP-ın seçki siyahısı hazırdır
Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisində iştirak etmək üçün namizədliyini irəli sürən hər kəsin diqqəti hakim Yeni Azərbaycan Partiyasına (YAP) yönəlib. İndi hamı YAP-ın seçki siyahısını gözləyir. Namizədliyini müstəqil şəkildə irəli sürməyə hazırlaşan bir çoxları da seçəcəyi dairəni məhz YAP-ın siyahısını götür-qoy etməklə müəyyənləşdirəcək.

Sfera.az xəbər verir ki hakim partiyadakı mənbənin Modern.az-a bildirdiyinə görə, YAP-ın növbədənkənar parlament seçkisində irəli sürəcəyi namizədlərin siyahısı artıq hazırdı.
 
Verilən məlumata görə, siyahı ya bu həftənin sonunadək elan olunacaq, ya da gələn həftə keçirələcək bələdiyyə seçkisindən sonra açıqlanacaq.

Hakim partiyanın siyahısında sürpriz adların olacağı qeyd olunur. Bu adlar sırasında həm də bir neçə sabiq deputatın da ismini görə biləcəyik.  
Eyni zamanda, V çağırış Milli Məclisin üzvü olmuş 10-dək yaşlı YAP-çı deputatın siyahıdan çıxdaş edildiyi vurğulanır. Onların əvəzinə ilk dəfə parlament seçkisinə qatılacaq gənclərin daxil edildiyi bildirilib.

O da qeyd olunur ki, V çağırış Milli Məclisin bir neçə yaşlı deputatının təcrübəsindən yararlanmaq üçün onların namizədliyi yenidən dəstəklənəcək.

Bundan başqa, adı qalmaqallı hadisələrdə hallanmış və nəticədə ictimaiyyət arasında hakim partiyanın nüfuzuna xələl gətirmiş bəzi YAP-çı deputatların da üstündən xətt çəkildiyi vurğulanır. Yenidən namizədliyiinin irəli sürüləcəyi gözlənilən bəzi YAP-çı deputatların da budəfəki siyahıda yer almadığı barədə məlumatlar var.

Xatırladaq ki, V çağırış Milli Məclisdə 69 YAP-çı deputat var..


XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031