Cəmİyyət

YAP-çı deputat pop-corn satan uşağın müdafiəsinə qalxdı, həmkarını qınadı: "Çox təsirləndim..."

YAP-çı deputat pop-corn satan uşağın müdafiəsinə qalxdı, həmkarını qınadı:
 

""Azneft” meydanının altındakı yeraltı keçiddəki popkorn satan uşaq məsələsi məni çox təsirləndirdi”.

Sfera.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun yeraltı keçiddə pop-korn satan uşağı qovdurması ilə bağlı olaya münasibət bildirərkən deyib. 

O, bildiib ki, o uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi:

"Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi.

Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi, qoy verdiyimiz puldan ona az da olsa həmin gün azacıq da olsa pul qalaydı”.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031