Yanvar ayından pensiyalar bu qədər artacaq - MƏBLƏĞ

Yanvar ayından pensiyalar bu qədər artacaq - MƏBLƏĞ
 

"Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır. Bunun nəticəsindən asılı olaraq artımla bağlı müəyyən qərar qəbul ediləcək".

Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyində keçirilən mətbuat konfransında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov deyib.

O, hər ilin əvvəlində ölkə başçısının tapşırığına uyğun olaraq pensiyaların indeksləşdirilməsinin həyata keçirildiyini vurğulayıb: "Nəzərdə tutulub ki, yalnız indeksləşdirmə xərcləri hesabına pensiya məbləği artacaq. Bunun əsasında təxminən 200 manat pensiya alan şəxsin pensiyası növbəti ilin yanvar ayından sonra 27-30 manat civarında artacaq".
 Yeni il qabağı pensiyaların əvvəlcədən ödənilib-ödənilməyəcəyinə toxunan direktor pensiya ödənişlərinin müəyyən qrafik əsasında həyata keçirildiyini bildirib: "Bayram günləri olduqda isə pensiya ödənişi həmin qrafikə nəzərdə tutulan vaxtdan daha əvvəl həyata keçirilir. Yeni il bayramı ərəfəsində də pensiyaların qrafikdə nəzərdə tutulan müddətdən daha tez ödəniləcəyi gözlənilir". (APA)

OXŞAR XƏBƏRLƏR

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...

Tayvanda yenidən zəlzələ oldu

Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb....

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Aprelin 23-24-də Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti...