Yanğınsöndürən maşın ayaqyolu təmizləyir — İMİŞLİDƏ BİABIRÇI MƏNZƏRƏ

Yanğınsöndürən maşın ayaqyolu təmizləyir — İMİŞLİDƏ BİABIRÇI MƏNZƏRƏ
İmişli rayonunun mərkəzindəki Heydər Əliyev adına parkda yanğınsöndürmə maşını ərazidəki ayaqyolunun yuyulmasına cəlb edilib.

Sfera.az-ın məlumatına görə, bu haqda məlumat Avropa.info saytında dərc olunub. Adıçəkilən saytın bölgə müxbiri xəbər verib ki, bu, rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Məlumatda vurğulanır ki, uzun müddətdən bəri baxımsız qalan ayaqyolu ətrafa üfunət yayırmış. Sakinlər deyiblər ki, ayaqyolu baxımsız qaldığı üçün dəhşətli qoxudan içəri girmək mümkün deyilmiş. Rayon rəhbərliyi isə bu problemin həlli yolunu ayaqolunu yanğınsöndürən maşın tərəfindən yuyulmasında görüb. Sfera.az qeyd edir ki, belə bir halın yaşanması ciddi qanun pozuntusudur. 
 
Belə ki, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, yanğının söndürülməsinə bilavasitə rəhbərliyi yanğınsöndürmə rəhbəri — yanğından mühafizənin yanğın yerinə gəlmiş böyük operativ vəzifəli şəxsi (əgər ayrı qayda nəzərdə tutulmayıbsa) həyata keçirir. O, yanğının söndürülməsi üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizənin şəxsi heyətini, habelə yanğının söndürülməsinə cəlb olunmuş qüvvələri təkbaşçılıq prinsipləri əsasında idarə edir.
 
Yanğınsöndürmə rəhbəri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazinin sərhədlərini, göstərilən hərəkətlərin qaydasını və xüsusiyyətlərini müəyyənləşdirir, habelə yanğın zamanı adamların, əmlakın xilas olunması barədə qərarlar qəbul edir. Zərurət olduqda yanğınsöndürmə rəhbəri digər qərarlar, o cümlədən göstərilən ərazidə vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir.

Bu qanunun tələblərinə baxıldıqda İmişlidəki mənzərə onu göstərir ki, İcra Hakimiyyəti yanğınsöndürmə rəhbərinin hüquqlarını məhdudlaşdırır. Yanğınların söndürlümsinə cəlb ediləcək maşınlar başqa məqsədlər üçün istifadə edilir.
Yanğınsöndürən maşın ayaqyolu təmizləməyə cəlb edildi — İmişlidə BİABIRÇI MƏNZƏRƏ


OXŞAR XƏBƏRLƏR

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...