Yanan binanın Fərəhsiz mənzili - Fotolar

Yanan binanın Fərəhsiz mənzili - Fotolar

Binəqədi rayonu, Azadlıq prospekti, 200/file/articles/36 ünvanında yerləşən 16 mərtəbəli binada mayın 19-da baş verən yanğında dünyasını dəyişən 3 yaşlı Fərəhin ailəsi təmirdən sonra yeni - əvvəlki mənzillərinə köçməyə hazırlaşırlar.

 "Report" xəbər verir ki, sentyabrın 28-də mənzillərinin açarlarını təhvil alan sakinlər arasında Fərəhin atası Elnur Məhhərəmov və Günay Məhərrəmova da olub.

Mənzillərə baxış zamanı diqqəti çəkən məqam binada olan 56 mənzildən yalnız onların evinin fərqli dizaynda təmir olunması idi. Binanın 12-ci mərtəbəsində 49 nömrəli evin mebel avadanlıqlarından tutmuş evin dizaynına qədər, hətta pərdələr və uşaq otağının bəzədilməsi belə fərqli şəkildədir.

İş icraçılarından aldığımız məlumata görə, Elnur Məhhərəmovun sahibi olduğu ev onun xanımının istəyi və zövqü ilə təmir olunub və bəzədilib.

Evdə aparılan təmir işlərinin nəticəsi barədə Fərəhin anası Günay Məhərrəmovanın fikirlərini soruşduqda cavabı çox qısa oldu: "Bütün bunlar mənim üçün əhəmiyyətsizdir. O boyda balamı itirdikdən sonra hər şey boşdur".

Xatırladaq ki, hadisə baş verəndə uşaq evdə anası ilə olub. Anası yanıq xəsarətləri ilə Respublika Toksikologiya Mərkəzinə aparılmışdı. Xəstəxanada olduğu müddətdə uşaqdan xəbəri olmayıb. Bir müddətdən sonra isə bütün xəstəxanalarda qızının axtarışına çıxan atası Elnur Məhərrəmov 3 yaşlı Fərəhin həyatının xilas edilə bilmədiyini öyrənib. Balaca mayın 20-də Qubada dəfn edilib.

Yanan
Yanan
Yanan

Aysel

OXŞAR XƏBƏRLƏR

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...