Yalnız bu hallarda su içmək və yemək yemək orucu pozmur - Orucla bağlı daha öncə heç yerdə eşitmədiyiniz HƏQİQƏTLƏR

Yalnız bu hallarda su içmək və yemək yemək orucu pozmur - Orucla bağlı daha öncə heç yerdə eşitmədiyiniz HƏQİQƏTLƏR
Hər il olduğu kimi bu ildə Ramazan Ayı öncəsi verilən suallardan biri də budur: hansı hallarda oruc pozulur, hansı hallarda pozulmur. 
 
Çoxlarınızı düşündürən sullardan biri də budur ki, görəsən oruc tutarkən diş fırçalamaq olarmı və ya müalicə məqsədilə vurulan iynələr oruc tutmağa manedirmi?

Sfera.az dini qaynaqlara istinadən oruc tutanlar üçün vacib məlumatları təqdim edir:

Dinə görə diş fırçalamaq orucu pozmaz. Lakin diş fırçalayarkən su və ya məcnunu udmaq orucu pozar. Bundan başqa dişlərin müalicə ediməsi, yaxud da çəkilməsi də orucu pozmaz.

Ağrıkəsici iynələr vurdurmaq olar. Bu zaman orucunuz pozulmayacaq. Ümumiyyətlə, dərmandan asılı olan xəstələrin oruc tutuması tövsiyə olunmur.
Qusmaq orucu pozmaz.

Unudaraq yemək, yaxud da su içmək orucu pozmaz. Peyğəmbərimiz deyirdi ki, bu insanları Allah yedirtdi, içirtdi, onların orucu pozulmaz.

Dəstamaz alarkən bimədən ağıza su alınması da orucu pozmaz.

Qulaq, göz, burun damcısı, insulin, ürək xəstələri üçün nəzərdə tutulan həblərin istifadəsi də orucu pozmaz.

Lakin Endoskopiya prosesi zamanı mədəyə su getdiyi üçün oruc pozulur.

Oruc olarkən qan aldırmaq olar.

Sfera.az

OXŞAR XƏBƏRLƏR