Yağış sürüşmə bölgəsində aktivliyi artırıb? - Bayılda SON VƏZİYYƏT

Yağış sürüşmə bölgəsində aktivliyi artırıb? - Bayılda SON VƏZİYYƏT
"Hazırda Bayıl yamacı adlanan sürüşmə ərazisindəyəm. Əraziyə baxış keçiririk. Qoyduğumuz mayaklarda çatlar əmələ gəlməyib. Vizual baxışdan da hər hansı dəyişiklik nəzərə çarpmır. Bayıl yamacında heç bir aktivlik qeydə alınmayıb”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. 

Onun sözlərinə görə, hazırda ərazidə müayinə işləri aparılır:
 
"Bu işlər yekunlaşdıqdan sonra prosesin həcmi haqda tam olaraq məlumat veriləcək. Bu məlumatlara əsasən də müvafiq dövlət qurumları tərəfindən müəyyən tədbirlər görüləcək. Bizim tərəfimizdən isə ərazidə quyuların qazılması və bir sıra geofiziki işlər aparılır. Dinamikliyi dəqiq olaraq izləmək üçün hazırda ərazilərdə referlər quraşdırılıb”.
 
Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR