Yağış Bakı yollarında hərəkəti iflic etdi - FOTO

Yağış Bakı yollarında hərəkəti iflic etdi - FOTO

Yağan yağışdan sonra paytaxt yollarında nəqliyyatın hərəkəti bərbad vəziyyətə düşüb. 

Milli.Az xəbər verir ki, hazırda Bakının bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı, bəzi yollarda isə tıxac müşahidə olunur. Hətta elə yollar var ki, orada hərəkət, sadəcə, donub. İctimai nəqliyyatla hərəkət edən sərnişinlər yağışın yağmasına baxmayaraq, avtobuslardan düşüb mənzil başına doğru piyada getmək məcburiyyətində qalıblar. Məsələn, Mehdi Hüseyn küçəsindən Şeyx Şamil küçəsi və metronun "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən avtomobillərin hərəkətində ciddi problem var.

NİİM-dən Milli.Az-a bildiriblər ki, hazırda Akademik Həsən Əliyev və Ziya Bünyadov prospektləri, Əbdülrəhimbəy Haqverdiyev, Ağa Nemətulla, Koroğlu Rəhimov, Afiyəddin Cəlilov, Nəsibbəy Yusifbəyli, Mehdi Hüseyn və Şeyx Şamil küçələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərdən bunları nəzərə almaları tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR