Dünya

Yadplanetlilər burada gizlənə bilər - Alimdən açıqlama

Yadplanetlilər burada gizlənə bilər - Alimdən açıqlama
Paralel kainatlar yeni ulduzların və həyatın yaranması üçün yararlıdır.


Bu barədə MNRAS jurnalında nəşr olunan yazıda bildirilir.


Böyük Britaniyanın Darem Universitetinin alimi Ceymi Salsidonun fikrincə, paralel kainatlarda qaranlıq enerjinin miqdarı fərqli ola bilər:


"Hesablamalarımız göstərir ki, paralel dünyalarda qaranlıq enerjinin həddən çox və ya az olması onların yeni ulduz və planet formalaşdırmasına minimal şəkildə təsir edir. Bu, öz növbəsində paralel kainatlarda şüurlu həyatın mövcudluğu anlamına gəlir”.


Yarım əsr əvvəl amerikalı astronom Frenk Dreyk qalaktikada sivilizasiyaların sayını müəyyən etmək üçün formul hazırlayıb. Fizik Enriko Fermi isə bu formul əsasında tezis irəli sürüb: Əgər yadplanetli sivilizasiyalar o qədər çoxdursa, niyə bəşəriyyət onların izinə rast gələ bilmir?


Bu paradoksu alimlər bir çox üsullarla cavablandırmağa çalışıblar. Ən populyar variant isə "unikal Yer” fərziyyəsidir. Burada ağıllı canlıların yaranması üçün planetimizdəki kimi unikal şəraitin lazım olduğu bildirilir.


Digər astronomlar isə düşünürlər ki, qalaktik sivilizasiyalar ya tez məhv olur, yaxud aktiv şəkildə mövcudluqlarını gizlədirlər./Teleqraf.com
 
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031