"Ya polis olacaqsan, ya da model"-Fotolar
18:17 / 04.01.2019
2536
Almaniyada polis işləyən bir qadına rəhbərlik seçim etməyə çağırıb. Ya polis olacaqsan, ya da model.
Sfera.az xəbər verir ki, buna səbəb Adriana Kolezarın şəkillərini sosial mediada paylaşması olub.
Polisdən çox modelə bənzəyən Adriananın qısa zamanda izləyiciləri sürətlə artıb. Yüzminlərlə təqibçisi olan polis qadın medianın da diqqətini çəkib. Müxtəlif qəzetlərə, televiziyalar müsahibə verən Kolezar belə gözəl bədən quruluşuna sahib olmanın sirlərini bölüşüb.
Onun bu məşhurluğu rəhbərliyin narahatlığına səbəb olub. Adrianaya ya polislik, ya da modellik arasında seçim etmək tələbi qoyulub. Qadı sənətini çox sevdiyini və buna görə də polis kimi qalacağını bildirib.